BAKI, 7 mart-Sputnik. Milli Məclisin növbəti plenar iclasının tarixi açıqlanıb.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbəti iclas martın 17-də keçiriləcək.
O qeyd edib ki, iclasda hökumətin hesabatı müzakirə ediləcək.
Xatırladaq ki, bu gün Milli Məclisin plenar iclası keçirilib və ümumilikdə 13 məsələ müzakirə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.