BAKI, 7 mart — Sputnik. Bu gün Bakının mərkəzi ərazilərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq. "Azərsu" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, magistral su kəmərində aparılan yenidənqurma işləri ilə əlaqədar 7 mart 2023-cü il tarixində gün ərzində Bakı şəhəri Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Bülbül, Xəqani, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva və Bəşir Səfəroğlu küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Xatırladaq ki, "Azərsu" ASC Su komitəsinin tapşırığına uyğun olaraq fevral ayının ikinci ongünlüyünün sonundan başlayaraq Abşeron yarımadasında qənaət rejiminə keçib.
Bakının Xəzər, Pirallahı, Xətai, Suraxanı, Sabunçu, Binəqədi, Bağlar massivi, Abşeron, Sumqayıt, Qaradağ rayonunun kənd və qəsəbələrində fasiləsiz su olan bəzi ərazilərdə gecə saatlarında, bəzi ərazilərdə isə günün müxtəlif saatlarında suyun verilməsində fasilə yaranır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.