BAKI, 7 mart — Sputnik. ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono martın 7-də İrəvana gedəcək. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bono Ermənistan və Azərbaycan arasında hərtərəfli sülhə, o cümlədən Azərbaycan-Ermənistan arasında münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlara ABŞ-ın yardımını müzakirə etmək üçün Ermənistan rəhbərliyi ilə görüşəcək.
Qeyd edək ki, ötən gün Bono Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə son aylarda Bakı və İrəvanın münasibətlərinin normallaşması istiqamətində mühüm irəliləyiş əldə edildiyini bildirib.
Bu, diplomatın regiona ilk səfəridir. Bundan əvvəl Dövlət Departamenti bu il fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi, Azərbaycan və Ermənistan liderləri arasında baş tutan dialoqu davam etdirəcəyinə əminliyini ifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.