SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Latviya Prezidenti Azərbaycana rəsmi səfər edəcək

Latviya dövlət başçısının martın 9-dan 11-dək Bakıda keçiriləcək Qlobal Bakı Forumunda iştirakı nəzərdə tutulub.
Sputnik
BAKI, 6 mart — Sputnik. Latviya Prezidenti Eqils Levits martın 8-də Azərbaycana rəsmi səfər edəcək. Latviya dövlət başçısı Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək.
Bundan başqa, E.Levitsin martın 9-dan 11-dək Bakıda keçiriləcək Qlobal Bakı Forumunda iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, X Qlobal Bakı Forumu "Dünya bu gün: çağırışlar və ümidlər" mövzusunda keçiriləcək. Forumda enerji təhlükəsizliyi məsələləri, Avrasiya məkanında nəqliyyat dəhlizlərinin aktuallığı, Çinin qlobal inkişafda rolu və digər məsələlər müzakirə ediləcək (Report).