Bu günlərdə Hindistanda hər il qeyd olunan Holi yaz festivalı keçirilir.
Fevralın sonu - martın əvvəlində, yer qış yuxusundan sonra oyananda və hər şey göy qurşağının rənglərinə boyandıqda, hindlilər Holi festivalını qeyd edirlər. İndus təqvimində bayram, adətən, bədirlənmiş ayın zamanına düşür. Bayramın əsas atributları boyayıcı toz "gulal" və onun miniatür su topları olan "piçkari"lərə doldurulmuş maye ekvivalentidir. Bayramı qeyd etmək adəti miflərdən qaynaqlanır. Əfsanələr tanrı Vişnuya sədaqətlə ibadət edən qardaşı oğlu Prahladın həyatına qəsd edən şeytan qüvvəli hökmdar Holikadan bəhs edir. Uca tanrı davamçısının köməyinə gəldi və Prahladın əvəzinə qəddar Holika məhvedici atəşdə yandı. Onun heykəlinin yandırılması o vaxtdan bəri Holinin ayrılmaz hissəsinə çevrildi. Rəngli toz isə əvvəlcə məhz bu tonqalın külündən hazırlanmışdı.
Qeyd edək ki, ən möhtəşəm şənliklər Uttar-Pradeş ştatında, Bradca Bhumi ("Krişna diyarı") rayonunda keçirilir.
Hindistan diasporu sayəsində bayram bütün dünyada qeyd olunmağa başladı. İştirakçılara rəngli tozlar səpildiyi marafonlar, demək olar ki, bütün ölkələrdə, o cümlədən Qərbdə xüsusi populyarlıq qazanıb.