SƏHİYYƏ

Çay dişlərin çürüməsinin qarşısını alır?

Hətta bəzi alimlərin qənaətinə görə, gündə 3 stəkan çay içmək dişlərin çürüməsinin qarşısını alır.
Sputnik
BAKI, 6 mart - Sputnik. Çayın əsas faydalı təsirlərindən biri də dişlərin çürüməsinin qarşısını alması, ağız boşluğundakı bakteriyaları məhv etməsidir
Günümüzün ayrılan tərkib hissələrindən biri də çaydır. Bəs çayın müsbət və mənfi tərəfləri nədir?
Türkiyə mediasının yaydığı xəbərə görə, qan təzyiqini normaya salan, tərkibində A, D və B12 vitaminləri, natrium və kalium olan çay orqanizmimizə həm müsbət, həm də mənfi təsir edir.
Belə ki, hər gün qara çay içmək yüksək xolesterolu aşağı salır. Bundan başqa, çayın əsas faydalı təsirlərindən biri də dişlərin çürüməsinin qarşısını alması, ağız boşluğundakı bakteriyaları məhv etməsidir.
Hətta bəzi alimlərin qənaətinə görə, gündə 3 stəkan çay içmək dişlərin çürüməsinin qarşısını alır.
Bundan başqa, çay içmək şəkər xəstələri üçün də faydalıdır. Həkimlər bildirir ki, çay içmək yüksək şəkər riskini azaldır.
Faydaları ilə yanaşı çayın mənfi təsirləri də var. Onun ən əsas mənfi təsirləri isə baş ağrı və yuxusuzluq yaratmasıdır.
Belə ki, tərkibində yüksək kofein olduğu üçün həddindən artıq çay içmək stressi artırır və rahat yuxuya getməni əngəlləyir.