CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağstafada su sayğacları oğurlanıb

Əvvəllər məhkum olunmuş şəxs vətəndaşlara məxsus 30-a yaxın su sayğacını oğurlayaraq ümumilikdə 1000 manatdan çox maddi ziyan vurub.
Sputnik
BAKI, 6 mart — Sputnik. Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini, əvvəllər məhkum olunmuş, Şamil Məhərrəmov vətəndaşlara məxsus 30-a yaxın su sayğacını oğurlayaraq ümumilikdə 1000 manatdan çox maddi ziyan vurub.
Ş.Məhərrəmov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.