BAKI, 6 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
***
ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş müşaviri Luis Bono Azərbaycanda səfərdədir.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Bakıya səfəri çərçivəsində Luis Bono Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşəcək. Səfərin məqsədi Ermənistanla Azərbaycan arasında sülh prosesini irəli çəkməkdir.
ABŞ diplomatı həmçinin Ermənistan və Gürcüstana da səfər edəcək.