DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şanlıurfada altımərtəbəli bina çöküb, dağıntılar altında qalanlar var - Video

Binanın çökməsindən sonra AFAD tərəfindən bölgəyə çoxlu xilasetmə və tibbi qruplar göndərilib.
Sputnik
BAKI, 5 mart - Sputnik. Türkiyənin Şanlıurfa vilayətinin şəhər mərkəzində fevralın 6-da zəlzələ zamanı ziyan dəymiş 6 mərtəbəli bina çöküb. İlkin məlumata görə, dağıntılar altında qalanlar var.
Binanın çökməsindən sonra AFAD tərəfindən bölgəyə çoxlu xilasetmə və tibbi qruplar göndərilib.
Qeyd edək ki, Türkiyədə zəlzələdə həlak olanların sayı 45 min 968-ə çatıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Onun sözlərinə gröə, Türkiyədə baş vermiş dağıdıcı zəlzələdə ölənlərin 4267 nəfəri suriyalıdır.
Soylu həmçinin qeyd edib ki, Türkiyədə zəlzələdə dağılan binalarla bağlı 791 nəfər şübhəli saxlanılıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib.
Yeraltı təkanlar, ardınca yüzlərlə təkanlar Suriya da daxil olmaqla ölkənin 11 vilayətində və qonşu dövlətlərdə hiss olunub.
Fevralın 27-də isə Türkiyənin Malatya şəhərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Yeşilyurt rayonunda 5,6 maqnitudada zəlzələnin baş verməsi nəticəsində binalar aşıb. Nəticədə xeyli sayda insan ölüb və xəsarət alıb.