AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ceyhun Bayramov: “Ermənistan təxribatlardan əl çəkmir”

Nazir Avropa İttifaqı ilə alternativ enerji sahəsində əməkdaşlıqdan da bəhs edib.
Sputnik
BAKI, 5 mart - Sputnik. “Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistan təxribatlardan əl çəkmir”.
Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Portuqaliyanın Xarici Əlaqələr və Əməkdaşlıq üzrə dövlət katibi Fransisko Andre ilə görüşü zamanı deyib.
Nazir qeyd edib ki, Ermənistan öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmır, mina təhdidlərini davam etdirir.
Azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunduğunu vurğulayan nazir Avropa İttifaqı ilə alternativ enerji sahəsində əməkdaşlıqdan bəhs edib.
QARABAĞ
MN: Erməni təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olublar