DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden Baltikyanı ölkələrə Rusiya ilə bağlı təzyiq göstərib

Baydenin bu addımı Baltikyanı həmkarlarını Vaşinqtonun Ukrayna münaqişəsində Rusiyanın məğlubiyyətini real məqsəd kimi görüb-görmədiyinə şübhə ilə yanaşıb.
Sputnik
BAKI, 5 mart - Sputnik. ABŞ Prezidenti Cozef Bayden bu yaxınlarda Polşaya səfəri zamanı Baltikyanı ölkələrin liderlərinə Ukrayna münaqişəsində Rusiya Federasiyasının məğlubiyyətinə dair tez-tez çağırışları ilə bağlı təzyiq göstərib.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Baydenin bu addımı Baltikyanı həmkarlarını Vaşinqtonun Ukrayna münaqişəsində Rusiyanın məğlubiyyətini real məqsəd kimi görüb-görmədiyinə şübhə ilə yanaşıb.
Bundan əlavə, Kiyevin Şərqi Avropadakı yaxın müttəfiqləri Ukraynanın hansısa mərhələdə Rusiya ilə danışıqlara hazırlaşması ilə bağlı Qərb paytaxtlarında fikirlərin getdikcə tez-tez gündəmə gəlməsindən narahatlığını ifadə ediblər.
Baltikyanı ölkələr getdikcə daha çox anti-Rusiya mövqeyi tutur, Moskvanın müxtəlif beynəlxalq təşkilatlardan çıxarılmasına çağırır, həmçinin bu ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsini istəyir.
Məsələn, Litva Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının fevralın sonunda Vyanada keçirilmiş sessiyasını Rusiya nümayəndələrinin iştirakına icazə verildiyinə görə boykot edəcəyini açıqlayıb. Vilnüs həmçinin, Baltikyanı və Şimali Avropa ölkələrini, Polşanı Rusiyanın nümayəndələrinin iştirakına icazə verildiyi halda ATƏT PA-nın sessiyasında iştirakla bağlı ümumi mövqe tutmağa çağırıb, lakin vahid qərar qəbul olunmayıb.
Bundan əlavə, Polşa və Baltikyanı ölkələr Aİ-nin Rusiyaya qarşı 10-cu sanksiyalar paketi çərçivəsində nüvə sektoruna məhdudiyyətlər qoymağa çalışıblar, lakin sonradan Macarıstanın mövqeyinə görə onların cəhdi baş tutmayıb (Report).