SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa İttifaqının Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Bakıdadır

Aİ-nin region üzrə Xüsusi Nümayəndəsi yüksək səviyyəli müntəzəm məsləhətləşmələr çərçivəsində sabah Bakıda görüşlər keçirəcək.
Sputnik
BAKI, 5 mart - Sputnik. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanda səfərdədir.
“Report” xəbər verir ki, bu barədə T.Klaar tviterdə yazıb.
"İnsan tələfatı ilə nəticələnən insident sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqlarda təcili irəliləyişin vacibliyini vurğulayır", - deyə o bildirib.
T.Klaar, həmçinin qeyd edib ki, o, artıq Bakıdadır və Münhen görüşlərindən sonra sülh prosesinin irəliləyişini təmin etmək üçün Azərbaycan rəhbərliyi ilə əsaslı görüşlərə ümid edir.
***
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Bakıya gəlir.
Bu barədə Avropa İttifaqının Xüsusi Nümayəndəsinin ofisindən bildirilib.
Qeyd olunub ki, Aİ-nin region üzrə Xüsusi Nümayəndəsi yüksək səviyyəli müntəzəm məsləhətləşmələr çərçivəsində sabah Bakıda görüşlər keçirəcək.
Xatırladaq ki, fevralın 24-də Toivo Klaar Ermənistana səfər edib. O, "Twitter" hesabında bu barədə yazmışdı:
"Liderlərin Münxen görüşlərindən sonra bir sıra məsləhətləşmələr üçün regiona qayıdıram. Mən İrəvandan başlayacağam. Yaxşı görüşləri səbirsizliklə gözləyin".
Bundan əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan və Azərbaycan liderləri ABŞ dövlət katibinin vasitəçiliyi və iştirakı ilə görüşüblər. Ermənistanın baş naziri Nikol Paşinyan da Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının sədri Şarl Mişellə ayrı-ayrılıqda danışıqlar aparıb.