RUSİYA

ABŞ Kiyev rejiminin saxlanması üçün Avropadan daha az xərc çəkir - Volodin

Rusiya Dumasınını spikeri bildirib ki, Estoniya, Latviya, Çexiya, Litva, Slovakiya, Bolqarıstan, Malta, Norveç, Rumıniya və Kipr Vaşinqtondan daha çox vəsait xərcləməyə məcbur edilir.
Sputnik
BAKI, 6 mart - Sputnik. Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, Kiyev rejiminin saxlanması xərcləri baxımından ABŞ Avropa ölkələrindən xeyli az xərc çəkir.
“Vaşinqton bir daha göstərdi ki, siyasətinin əsas prinsipi öz maraqlarına nail olmaq üçün başqa ölkələrdən istifadə etməkdir... Amma göründüyü kimi, (ABŞ – red.) digərlərindən xeyli az xərc çəkir... Belə ki, Kiyev rejiminin saxlanması xərclərinə görə ABŞ 12-ci yerdədir. Bu, ÜDM-in payının 0,37%-i-ni təşkil edir”, - deyə o, Telegram kanalında yazıb.
Parlament spikerinin sözlərinə görə, Vaşinqton Avropa dövlətlərini “Kiyev rejimini öz vətəndaşlarının rifahı bahasına” maliyyələşdirməyə məcbur edir.
Volodin həmçinin qeyd edib ki, Estoniya, Latviya, Çexiya, Litva, Slovakiya, Bolqarıstan, Malta, Norveç, Rumıniya və Kipr Vaşinqtondan daha çox vəsait xərcləməyə məcbur edilir.
"Bundan əlavə, Aİ ölkələri iqtisadiyyatlarına bumeranq kimi zərbə vuran anti-Rusiya sanksiyalarına görə də izafi xərclər çəkirlər. Aİ liderləri Kiyevə silah tədarükünü davam etdirməklə, Avropa vətəndaşları hesabına milli maraqlara zidd hərəkət edirlər", - Volodin əlavə edib.