BAKI, 4 mart - Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu xüsusi hərbi əməliyyat (XHƏ) zonasında Rusiya qoşunlarının “Vostok” qruplaşmasına baxış keçirib. Şənbə günü Rusiya Federasiyasının Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ordu generalı birləşmələrdən birinin ön cəbhədəki komanda məntəqəsinə baş çəkib.
“Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu xüsusi hərbi əməliyyat zonasında işləyərkən “Vostok” qruplaşmasının Cənubi Donetsk istiqamətində birləşmələrindən birinin irəli komandanlıq məntəqəsinə baxış keçirib”, - deyə Nazirliyin məlumatında qeyd olunur.
Bildirilib ki, komanda məntəqəsində Şoyqu “qrup komandiri, general-polkovnik Rüstəm Muradovun və qərargah zabitlərinin mövcud vəziyyət və qoşunların hərəkətləri haqqında məruzəsini dinləyib”.
"Yoxlama zamanı Şoyqu qrupun qoşunlarına hərtərəfli dəstəyin təşkilinə, o cümlədən şəxsi heyətin təhlükəsiz yerləşdirilməsi üçün şəraitə, həmçinin tibb və arxa hissələrin işinə xüsusi diqqət yetirib", - deyə məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.