BAKI, 4 mart - Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası çərçivəsində müxtəlif informasiya agentliklərinin hərbi vətənpərvərlik mövzusunda yazılar hazırlayan bir qrup media nümayəndəsi ilə görüş keçirilib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Medianın İnkişafı Agentliyinin dəstəyi ilə keçirilən görüşdə jurnalistlərlə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, hərbi mövzuda yazıların məzmunu və hərbi sirr hesab olunan informasiyanın yayılmasının qarşısının alınması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Hərbi vətənpərvərlik mövzusunda xəbər hazırlayan media nümayəndələri ilə görüş keçirilib
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin nümayəndələri tərəfindən jurnalistlərə hərbi və dövlət sirlərinin qorunması və digər mövzularda brifinqlər təqdim olunub.
Sonda media subyektləri ilə mövcud əməkdaşlığa və perspektivdə duran məsələlərə dair təkliflər dinlənilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.