CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fiziki aktivliyin olmaması ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur

Alimlər bildirir ki, fiziki aktivliyin olmaması ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.
Sputnik
BAKI, 4 mart - Sputnik. Kembric Universitetinin alimlərinin apardığı araşdırmalara görə, gündə on, on bir dəqiqə sürətli yerimək vaxtından əvvəl ölüm riskini azaldır.
Alimlər hesab edir ki, fiziki aktivliyin olmaması ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.
Aparılan araşdırmaların nəticəsi olaraq bəlli olub ki, gündə 11 dəqiqə olmaqla həftədə 75 dəqiqə sürətli yerimək, velosiped sürmək ürək xəstəliyi, insult riskini azaldır.
Onlar sürətli yerimənin nəinki ürək xəstəlikləri, eyni zamanda da xərçəng riskini də azaltdığını bildiriblər.
Nəticə olaraq alimlər qeyd ediblər ki, sürətli yerimə ürək-damar xəstəliklərinin aşkarlanma şansını 17, xərçəng riskini isə ümumilikdə 7 faiz azalıb.
Alimlərin qənaətinə görə fiziki aktivlik nəticəsində miyeloma və mədə kardiya xərçənginə görə 14-26 faiz daha az diaqnoz qoyulub. Ağciyər, qaraciyər, endometrium, kolon və döş xərçəngi riskləri də azalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.