HADİSƏ

Bakıda təkərdoldurma məntəqəsində partlayış olub, ölən var

Binəqədi şosesində qeydə alınan hadisə ilə əlaqədar araşdırma aparılır.
Sputnik
BAKI, 5 mart - Sputnik. Bakının Binəqədi rayonunda təkərdoldurma məntəqəsində partlayış baş verib. Hadisə Binəqədi şosesində qeydə alınıb.
Belə ki, qaz balonunun partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır (APA).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.