DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb Rusiyanın sanksiyaların təsirini necə dəf edə bildiyindən narahatdır - KİV

"Əl-Ain"in jurnalisti sanksiyalar və Qərbin çaşqınlığı fonunda Rusiya iqtisadiyyatının sabitliyini qeyd edib.
Sputnik
BAKI, 3 mart — Sputnik. Rusiya görünməmiş sanksiyaların öhdəsindən gəlməyi bacarıb.
"Zvezda" telekanalının verdiyi xəbərə görə, bunu "Əl-Ain" ərəb xəbər agentliyinin şərhçisi Məhəmməd Fərhad bildirib.
Fərhad sanksiyaların Rusiya iqtisadiyyatına təsirini öyrənərək, Qərbin blokadanın köməyi ilə Rusiya Federasiyasının inkişafını əngəlləməyə nail olub-olmadığını araşdırıb.
"2022-ci ildə Rusiya iqtisadiyyatı görünməmiş sanksiyalara baxmayaraq, gözlənildiyindən daha yaxşı nəticə göstərib", - deyə müşahidəçi vurğulayıb.
O xatırladıb ki, BVF Rusiyanın ÜDM-in 18,5% azalacağını proqnozlaşdırmışdı.
"Əslində, ölkə iqtisadiyyatı 2,5%-dən az kiçilib", - deyə Fərhad bildirib.
Onun sözlərinə görə, Moskva "kifayət qədər güclü müqavimət" nümayiş etdirir ki, bu da Qərbdə narazılıq yaradır. Müşahidəçi qeyd edib ki, sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı "çökməkdən" uzaqdır və ekspertlər, hətta, onun 2023-cü ildə artımını proqnozlaşdırırlar.
Xatırladaq ki, Kreml Qərb ölkələrinin Rusiya Federasiyasının maliyyə sabitliyinə xələl gətirmək cəhdlərinin nəticəsiz qalmasından dəfələrlə danışıb.