CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsman: "Əlilliyin qiymətləndirilməsi ilə bağlı süründürməçiliyin qarşısı alınmalıdır"

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 2022-ci il üzrə illik məruzəsi təqdim olunub.
Sputnik
BAKI, 3 mart - Sputnik. Azərbaycanda əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı yol verilən süründürməçiliyin qarşısı alınmalıdır.
"Report"un xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.
Məruzədə əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı süründürməçiliyin qarşısının alınması və obyektivliyin təmin edilməsi məqsədilə tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsi təklif olunur.
CƏMİYYƏT
Qadınların pensiya yaşının azaldılması təklif edilir