BAKI, 3 mart — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, təlim atış çalışmaları üzrə tapşırıqları yerinə yetirən bölmələr təyin olunmuş hədəfləri minaatanlardan yüksək dəqiqliklə məhv ediblər.
Qabaqcıl döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşğələlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.