BAKI, 3 mart - Sputnik. Zəngilanın Ağalı kəndinə 44 nəfərdən ibarət daha 10 ailənin köçürülməsinə başlanılır.
Martın 3-də Abşeron rayonunun Masazır qəsəbəsindəki “Zəngilan” şəhərciyindən növbəti köç karvanı yola salınır.
Daha 10 ailə – 44 nəfər daimi məskunlaşmaq üçün Ağalıya yola düşür.
Bundan əvvəl 50 nəfərlik 10 ailə fevralın 28-də Ağalıya köçürülüb.