RUSİYA

Rusiya Arktika Şurasını qoruyub saxlamaq üçün hər şeyi edir - Korçunov

Diplomat vurğulayıb ki, Rusiya Federasiyası Arktika regionunda çoxvektorlu siyasi kurs aparır və qarşılıqlı fəaliyyətə konstruktiv meylli bütün dövlətlərlə dialoqa açıqdır.
Sputnik
BAKI, 2 mart — Sputnik. Rusiya tərəfi ümid edir ki, Qərb dövlətləri Arktika Şurasına yönəlik kursun mənasızlığını tezliklə dərk edəcək və bu təşkilatı qorumaq üçün əlindən gələni edəcəklər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Arktika Şurasının yüksək vəzifəli şəxslər komitəsinin sədri Nikolay Korçunov "Arktika 2023" VIII Beynəlxalq Konfransında deyib.
"Rusiya Arktika Şurasına sədrlik edən ölkə kimi, Şuranı qoruyub saxlamaq üçün hər şeyi edir və məsələyə məsuliyyətlə yanaşır" - Korçunov deyib.
Diplomat vurğulayıb ki, Rusiya Federasiyası Arktika regionunda çoxvektorlu siyasi kurs aparır və qarşılıqlı fəaliyyətə konstruktiv meylli bütün dövlətlərlə, o cümlədən Rusiyanın davamlı inkişafına Rusiyanın yanaşmalarını bölüşən qeyri-arktik dövlətlərlə dialoqa açıqdır.
Arktika Şurası Arktika dövlətlərinin hökumətlərarası təşkilatıdır. Onun üzvləri Rusiya, Danimarka (Qrenlandiya və Farer adaları ilə birlikdə), İslandiya, Kanada, Norveç, ABŞ, Finlandiya və İsveçdir. 2021-ci ildə assosiasiyanın 25-ci ildönümü qeyd edildikdə, ona iki illik sədrlik İslandiyadan Rusiya Federasiyasına keçib. 2022-ci ilin martında Qərb ölkələri Ukraynada baş verən hadisələrə görə Arktika Şurası çərçivəsində əməkdaşlığı dondurublar. Korçunovun vurğulayıb ki, Rusiya onlarsız sədrlik proqramını uğurla həyata keçirir.