BAKI, 2 mart — Sputnik. Builki təhsilverənlərin sertifikatlaşdırılma imtahanlarının keçirilmə qaydalarında hər hansı dəyişiklik yoxdur.
Bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
O xatırladıb ki, qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənir:
"Qaydalara dəyişiklik təkliflərini isə Elm və Təhsil Nazirliyi edir. Əgər nəsə dəyişiklik olsa, bu barədə ictimaiyyətə əvvəldən məlumat verilər. Bu gün isə qaydalarda hər hansı dəyişiklik yoxdur. Bu da o deməkdir ki, bu il də həmin qaydalarla sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulur" (Report).