BAKI, 2 mart — Sputnik. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli dəfn olunub.
Mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları, yaxınları, din xadimləri və əqidə yoldaşları iştirak ediblər.
***
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb.
"Əjdərbəy" məscidinin icma sədri Hacı Həmdüllah Babayev bildirib ki, Hacı Şahin "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, din xadimi səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.