BAKI, 2 mart — Sputnik. G20 ölkələri Yeni Dehlidə Afrika İttifaqının G20-nin tamhüquqlu üzvü olması ilə bağlı razılığa gəliblər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İyirmilik Qrupunun Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasının yekunlarına dair mətbuat konfransında deyib.
"Biz razılaşdıq ki, Afrika İttifaqı bundan sonra da G20-nin tamhüquqlu üzvü olacaq, necə ki, Avropa İttifaqı artıq bir neçə ildir ki, bu işdə iştirak edir", - nazir deyib.
O vurğulayıb ki, Hindistan tərəfinin təklif etdiyi gündəm bütün dövlətlərin davam edən böhranları aradan qaldırmaq, davamlı inkişafı təmin etmək, ticarətdə süni maneələri aradan qaldırmaq, ədalətli rəqabəti təmin etmək, həmçinin inkişaf etməkdə olan ölkələrin beynəlxalq forumlarda qərarların qəbulunda daha çox söz sahibi olmasını təmin etmək ümumilikdə dünya sisteminin çoxtərəfli xarakterini gücləndirmək istəklərini tam şəkildə əks etdirir.
"Bütün bu məsələlər bir neçə gün ərzində bizim nümayəndələrimiz, ekspertlərimiz səviyyəsində müzakirə edilən sənəddə bu və ya digər şəkildə öz əksini tapıb. G20-nin gündəliyində olan bütün bu məsələlərlə bağlı bir nəticə, razılıq əldə olunub", - deyə Lavrov fikirlərini yekunlaşdırıb.