DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-Çin münasibətləri gərginləşir - Sanksiyalar olacaq

Çin Ukraynadakı müharibə ilə bağlı Rusiyaya silah tədarük edərsə, ABŞ bu dövlətə sanksiya tətbiq edəcək.
Sputnik
BAKI, 2 mart — Sputnik. ABŞ Çinə sanksiya tətbiq etməyə hazırlaşır.
“Reuters”in yaydığı xəbərdə qeyd olunub ki, rəsmi Vaşinqton bu addımla bağlı artıq müttəfiqlərini məlumatlandırıb.
“Çin Ukraynadakı müharibə ilə bağlı Rusiyaya silah tədarük edərsə, ABŞ bu dövlətə sanksiya tətbiq edəcək. Vaşinqton sanksiyaların tətbiqi ilə bağlı müttəfiqləri ilə, xüsusilə G7 ölkələri ilə məsləhətləşmələrə başlayıb”, - deyə "Reuters"ə adının açıqlanmasını istəməyən diplomat bildirib.
Xəbərdə o da qeyd olunub ki, hələlik ABŞ-ın Çinə konkret hansı sahələr üzrə sanksiyalar tətbiq etməyi planlaşdırdığı bəlli deyil.