AZƏRBAYCAN XƏBƏRLƏRİ

Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib

Ali qonağın şərəfinə Heydər Əliyev Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülüb.
Sputnik
BAKI, 1 mart - Sputnik. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev martın 1-də Azərbaycan Respublikasına səfərə gəlib. Bu barədə Azərtac xəbər yayıb.
Bildirilir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.