RUSİYA

Lavrov G20 nazirlərinin görüşü ilə bağlı Hindistanda səfərdədir

Bu gün Rusiya XİN rəhbərinin Türkiyə və Braziliyadan olan həmkarları Mövlud Çavuşoğlu və Mauro Vieyra ilə də görüşü gözlənilir.
Sputnik
BAKI, 1 mart — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanda səfərdədir. Rusiya XİN rəhbəri hindistanlı həmkarı Subrahmanyam Caişankar ilə görüşüb.
Bu gün Lavrovun Türkiyə və Braziliyadan olan həmkarları Mövlud ÇavuşoğluMauro Vieyra ilə də görüşü gözlənilir.
Heydərabad sarayında G20 nazirlərinin görüşü çərçivəsində işgüzar səhər yeməyi formatında danışıqlar aparılır.
Lavrov G20 xarici işlər nazirlərinin martın 1-2-də keçiriləcək iclasında iştirak etmək üçün çərşənbə axşamı Hindistanın paytaxtına gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.