BAKI, 1 mart - Sputnik. Dendrologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Bu barədə Azərtac-a institutdan bildirilib.
İnstitutun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın sədrliyi ilə keçirilən iclasda institutun şöbə və laboratoriyalarında yerinə yetirilən elmi-tədqiqat işlərinin müzakirəsi aparılıb.
Elmi şurada martın 16-da təşkil olunacaq sərgiyə hazırlıq məsələrinə də baxılıb.
Tədbir iştirakçıları həmçinin cari ilin mayın 23-də Qazaxıstanda Dendrologiya İnstitutu, Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti və Rusiya Federasiyasının Surqut Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Riyaziyyat və təbiət elmləri problemləri” mövzusunda keçiriləcək XI beynəlxalq elmi-praktik konfransa hazırlıq məsələləri müzakirə olunub.
Bundan əlavə, “Heydər Əliyev İli”nə həsr olunmuş “Gəncliyimiz gələcəyimizdir” adlı musiqili ədəbi-bədii kompozisiyalı foto və əl işlərindən ibarət müsabiqənin keçirilməsi məsələsi də müzakirə edilib.
İclasda institutun 8 laboratoriya və 7 şöbəsinin elmi və elmi-pedaqoji fəaliyyəti barədə də məlumat verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.