DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin olmadan heç bir problemi həll etmək mümkün deyil - Lukaşenko

Belarus Prezidenti vurğulayıb ki, Çin Xalq Respublikası sədrinin planetdə dinc inkişaf, sanksiyaların qarşısının alınması, mehriban qonşuluğun inkişafı ilə bağlı son təklifləri Minskin mövqeyi ilə tam üst-üstə düşür.
Sputnik
BAKI, 1 mart — Sputnik. Minsk və Pekinin çoxqütblü dünya nizamı ilə bağlı fikirləri oxşardır. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Çjanşu ilə görüşdə bildirib.
Fevralın 28-dən martın 1-dək Belarus liderinin Çinə dövlət səfəri keçirilir.

"Çin qlobal gücə çevrilib. Bu gün planetimizdə Çinsiz heç bir problemi həll etmək mümkün deyil. Çin çoxqütblü dünyanın tərəfdarıdır. Biz də eyni siyasəti yürüdürük", - "Belta" Lukaşenkonun sözlərindən sitat gətirib.

Belarus Prezidenti vurğulayıb ki, Çin Xalq Respublikası sədrinin planetdə dinc inkişaf, sanksiyaların qarşısının alınması, mehriban qonşuluğun inkişafı ilə bağlı son təklifləri Minskin mövqeyi ilə tam üst-üstə düşür.
Belarus lideri vurğulayıb ki, ölkəsi həssas məsələlərdə Çini dəstəkləməyə davam etməyə hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.