TƏHSİL

Şagirdlərinin yerdəyişməsi dayandırılacaq - Bu tarixdən

Fevralın 21-dən 2022-2023-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşdirilib.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Martın 6-sı saat 17:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılacaq.
Bu barədə Sputnik Azərbaycan-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, fevralın 21-dən 2022-2023-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşdirilib. Yerdəyişmə prosesi sy.edu.az portalı üzərindən həyata keçirilir.
Xatırladaq ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.