RUSİYA

Rusiya XİN: Qərb Rusiya neftinin dəniz yolu ilə daşınmasına mane olmağa çalışır

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, hazırda şərti məhdudiyyətlərin tətbiqindən ciddi iqtisadi nəticələr yoxdur.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Qərb ölkələri maliyyə xidmətləri bazarında inhisarçı mövqelərindən istifadə edərək Rusiya neftinin dənizlə daşınmasına mane olmağa çalışırlar.
"TASS" yazır ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
Pankin vurğulayıb ki, hazırda şərti məhdudiyyətlərin tətbiqindən ciddi iqtisadi nəticələr yoxdur. Onun sözlərinə görə, dost ölkələrlə enerji sahəsində əməkdaşlıq və ticarət onlar tərəfindən siyasi qeyd-şərtsiz davam edir.
Xatırladaq ki, dekabrın 5-də Aİ-nin altıncı sanksiyalar paketində nəzərdə tutulan Rusiya neftinin Avropaya dəniz tədarükünə qoyulan embarqo qüvvəyə minib.
Bundan əlavə, Avropa İttifaqı, G7 ölkələri və Avstraliya Rusiya Federasiyasından gələn neftin bir barel üçün qiymət limitini 60 dollar səviyyəsində müəyyən etmək qərarına gəliblər.
RUSİYA
Rusiya Azərbaycanın inkişafına bundan sonra da müsbət təsir göstərəcək