RUSİYA

Rusiya Azərbaycanın inkişafına bundan sonra da müsbət təsir göstərəcək

Tərəflər “Şimal-Cənub” layihəsi çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.
Sputnik
BAKI, 28 fevral - Sputnik. Rusiya Azərbaycanın postmünaqişə dövründə inkişafına bundan sonra da müsbət təsir göstərməyə hazırdır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
S.Lavrov qeyd edib ki, ölkələr siyasi, iqtisadi və ticari əməkdaşlığı fəal şəkildə inkişaf etdirir: “Belə ki, ilin sonunda ticarət dövriyyəsinin rekord həcmdə olacağı, həmçinin yanacaq və bir sıra digər sahələrdə əməkdaşlığın artacağı gözlənilir”.
Onun sözlərinə görə, tərəflər həmçinin “Şimal-Cənub” layihəsi çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.
Rusiya XİN rəhbəri əlavə edib ki, Azərbaycanla Rusiya arasında müttəfiqliklə bağlı əməkdaşlığın dərinləşməsi bütün regiona müsbət impuls verəcək.
RUSİYA
Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar barədə