CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadının qarnında tənzifi unudan həkimə cinayət işi açılıb

Cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Mingəçevirdə xəstənin qarın boşluğunda tənzif unudan həkimlə bağlı cinayət işi açılıb.
Bu barədə Sputnik Azərbaycan-a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb.
Araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilən cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.