BAKI, 28 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Strateji Hücum Silahlarının azaldılması Müqaviləsində (START) iştirakını dayandırmasını nəzərdə tutan qanunu imzalayıb.
APA-nın məlumatına görə, qanun layihəsi bu ilin fevralın 21-də Putin tərəfindən Rusiya parlamentinə təsdiq olunması üçün göndərilib
Qeyd edək ki, Rusiyanın müqavilədə iştirakını bərpa etmək qərarı dövlət başçısı tərəfindən verilə bilər.