BAKI, 28 fevral — Sputnik. Vətən müharibəsindən sonra mina və partlayıcı sursatdan ölən və xəsarət alanların sayı açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, ANAMA sədri Vüqar Süleymanov Ağdamda minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupunun iclasında deyib ki, 2020-ci ilin 10 noyabr tarixindən bugünədək 282 nəfər minaların qurbanı olub. Mina hadisələri zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər həlak olub.
Qeyd edək ki, azad edilən ərazilərdə bu günə qədər 68 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Ümumilikdə 82 min mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.