RUSİYA

Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar barədə

Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov deyib.
Sputnik
BAKI, 28 fevral - Sputnik. Rəsmi Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqları təşkil etməyə hazırdır.

Bu barədə Rusiya XİN-in rəhbəri Sergey Lavrov həmkarı Ceyhun Bayramovla Bakıda keçirdiyi birgə mətbuat konfransında deyib.

"Lakin (Moskva-red.) bu məsələ ilə bağlı qəti şəkildə israr etməyəcək", - Lavrov vurğulayıb.