BAKI, 28 fevral — Sputnik. Nikol Paşinyanın Rusiyanın Ermənistanda hərbi mövcudluğunun təhlükəsi ilə bağlı açıqlamaları Ermənistan liderinin vicdanına buraxır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Ermənistan liderinin açıqlamalarını tamamilə onun vicdanına buraxıram", - o deyib.
Paşinyan yanvarda müvafiq bəyanatlar verib. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bunları absurd adlandıraraq qeyd edib ki, Rusiya bundan sonra da ölkələrin ikitərəfli münasibətlərini hər cür gücləndirməkdə qərarlıdır.