DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin XİN-i ABŞ-ın Çin şirkətlərinə tətbiq etdiyi sanksiyalara etiraz edib

Mao Nin bildirib ki, Pekin artıq bu məsələ ilə bağlı ABŞ tərəfinə ciddi xəbərdarlıq edib.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Çin ABŞ-ın Çin şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara kəskin etiraz edib və buna görə lazımi cavab tədbirləri görəcək.
Bunu ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
"Biz bu cür hərəkətlərdən son dərəcə narazıyıq və buna kəskin şəkildə etiraz edirik. Çin, müəssisələrinin qanuni hüquqlarını qorumaq üçün lazımi tədbirləri görməyə davam edəcək", - deyə RİA Novosti Mao Ninin sözlərini sitat gətirir.
Diplomat qeyd edib ki, bu tədbirlərin "zərrə qədər də hüquqi əsası yoxdur" və BMT Təhlükəsizlik Şurasının razılığını almayıb. Çin XİN-in rəsmi nümayəndəsi bildirib ki, Pekin artıq bu məsələ ilə bağlı ABŞ tərəfinə ciddi xəbərdarlıq edib.
O, həmçinin xatırladıb ki, Pekin Ukrayna münaqişəsinin siyasi həllinin tərəfdarıdır, münaqişə tərəfləri ilə əlaqə saxlayır, ABŞ isə Kiyevə silah verməklə vəziyyətin gərginləşməsinə kömək edir. Mao Nin vurğulayıb ki, Çin hakimiyyətinin mövqeyi böhranın siyasi həlli üçün sülh danışıqlarının təşviqinə əsaslanır.
Rusiya Silahlı Qüvvələrinə dəstək verməkdən şübhələnən ABŞ Çinin "HEAD Aerospace Technology Co" və "Spacety Co" şirkətlərinə sanksiyalar tətbiq edib.