DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin: RF və ÇXR Asiyada təhlükəsizliyi qorumaq üçün əməkdaşlıq etmək niyyətindədir

Moskva və Pekin bir-birinin maraqlarını qorumağa hazır olduğunu bəyan ediblər.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Moskva və Pekin arasında əməkdaşlıq Asiya regionunun təhlükəsizliyi və inkişafı maraqları naminə gücləndirilməlidir.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, ötən bazar ertəsi Asiya məsələləri üzrə Rusiya-Çin məsləhətləşmələrinin növbəti raundunun iştirakçıları belə qənaətə gəliblər.
Rusiya Xarici İşlər Nazirliyinin Asiya və Sakit Okean ölkələri əməkdaşlığı idarəsinin rəhbəri Aleksey Ovçinnikov və Çin Xarici İşlər Nazirliyinin Asiya ölkələri üzrə departamentinin rəhbəri Lyu Tsinsunun iştirak etdiyi danışıqlarda Asiya regionunda vəziyyət, eləcə də kimi regional əməkdaşlıq məsələləri müzakirə edilib. Dünyadakı mövcud vəziyyət fonunda iki ölkə arasında əlaqələrin gücləndirilməsinin zəruriliyi bildirilib.
"Mövcud vəziyyətdə Çin və Rusiya regionun təhlükəsizlik maraqlarını və inkişafını birgə qorumaq üçün Asiya məsələləri üzrə kommunikasiya və əməkdaşlığı gücləndirməlidir", - deyə hesabatda bildirilir.
Xatırladaq ki, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Van İ ilə görüşüb. Danışıqlardan sonra Rusiya XİN rəhbəri Moskva və Pekinin bir-birinin maraqlarını qorumağa hazır olduğunu bəyan edib.