AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bayramov: Azərbaycanla Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb

Azərbaycan Respublikasının xarici işlər nazirinin sözlərinə görə, Rusiya ilə ticarət dövriyyəsi ilin nəticələrinə görə 24% artaraq 4 milyard dollar təşkil edib, qarşılıqlı investisiyaların ümumi həcmi isə 9 milyard dollara çatıb.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dostluq münasibətləri qurulub. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə Bakıda keçirilən mətbuat konfransında deyib.
"Bu səhər bizim həm təkbətək formatda, həm də geniş formatda ətraflı müzakirələr aparmaq imkanımız oldu, burada Rusiya-Azərbaycan münasibətləri ilə bağlı geniş məsələləri müzakirə etdik. Diplomatik münasibətlərin qurulmasından sonrakı dövr dostluq, mehriban qonşuluq münasibətlərinin mütərəqqi inkişafı və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi kimi səciyyələndirilə bilər. Ölkələrimizin rəhbərləri tərəfindən Moskvada imzalanan "müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə bu 30 illik tarixi dövrün məntiqi nəticəsidir", - deyə Bayramov bildirib.
O qeyd edib ki, ikitərəfli münasibətlərin mühüm elementi tərəflər arasında açıq dialoq və etibarlı münasibətləridir. Onun sözlərinə görə, görüş zamanı qarşılıqlı səfərlərin və şəxsi təmasların yüksək dinamikası qeyd olunub. Bayramov əlavə edib ki, bu görüş xüsusilə, baş nazirlər və parlament spikerləri səviyyəsində keçirilib.
Azərbaycanlı nazir vurğulayıb ki, tərəflər ölkələrin Xarici İşlər Nazirliyi, eləcə də müvafiq nazirlik və idarələr vasitəsilə fəal əməkdaşlıq edir.
İqtisadi əlaqələr
Bayramov qeyd edib ki, Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əməkdaşlıq sabit və müsbət dinamikaya malikdir.
"Bu kontekstdə 2022-ci il də istisna olmadı, biz qarşılıqlı ticarət dövriyyəsində 4 milyard dollara çatan 24% artımı müşahidə etdik", - deyə nazir bildirib.
O, qarşılıqlı investisiyaların həcminin 9 milyarda çatdığını, bundan başqa, Rusiya mallarının Azərbaycan ərazisindən tranzitinin 2,5 dəfə artdığını da qeyd edib.