BAKI, 28 fevral - Sputnik. Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb.
APA xəbər verir ki, tarixi uduş Azərbaycanın qanuni lotereya təşkilatçısı “Azərlotereya” ASC-nin təşkil etdiyi “4+4” tirajlı lotereyasının 27 fevralda keçirilən 23091 nömrəli tirajında qeydə alınıb. Şanslı qalib bir biletlə 913 072 manatlıq cekpota sahib olub.
Həftədə 4 dəfə keçirilən “4+4” oyununun növbəti tirajında cekpot məbləği 500 000 manat olacaq. Cekpot qazanmaq üçün A və B sıraları üzrə 1-dən 20-yədək olan rəqəmlərin (4+4) biletdəki variantla üst-üstə düşməsi yetərlidir.
Qeyd edək ki, tirajlı lotereyalar hər gün 19:45-də “Xəzər TV”, eləcə də “Azərlotereya TV” Youtube kanalında canlı yayımda keçirilir.