BAKI, 28 fevral — Sputnik. Avropa Parlamentinin deputatları ABŞ hərbi şirkətlərindən pul alırlar. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında yazıb.
"Avropa Parlamentinin özündə korrupsiya çiçəklənir. "EUObserver" jurnalistlərinə məlum olub ki, Avropa Parlamentinin deputatları, məsələn, ABŞ-ın "Raytheon", "Honeywell International və Textron Inc" hərbi şirkətlərindən pul alırlar", - diplomat qeyd edib.
"Söhbət təkcə "ölüm satıcılar"ı ifadəsinin təcəssümü olan ABŞ hərbi-sənaye kompleksindən getmir, Avropa Parlamentinin deputatlarına məhz həmin silah növlərinin satışından gələn pullar sponsorluq edir. Aİ-yə üzv dövlətlər sanksiyalara can atmaqlarına baxmayaraq, nədənsə puldan imtina etmirlər", - deyə Zaxarova əlavə edib.
Rusiya diplomatik departamentinin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, Avropa Parlamenti deputatları öz yığımlarını neft-qaz şirkəti "Royal Dutch Shell"ə yatırıblar. Bəs yaşıl keçid və ekologiya haqqında nə demək olar? Bu barədə bir hekayə də var. Avropa Parlamentinin üzvü Yutta Paulus Boston QHT Təmiz Hava İş Qrupunun maraqlarını lobbi edir. Qanunvericiliyə dəyişiklikləri hazırlayarkən bu idarənin hazırladığı sənədlərdən itaətkarlıqla istifadə ediblər", - deyə Zaxarova bildirib.