PAYTAXT XƏBƏRLƏRİ

Bu ərazilərdə suyun verilməsində məhdudiyyətlər olacaq

"Azərsu" ASC-dən bildirilib ki, suyun verilməsində məhdudiyyətlər həmçinin kənd Masazır ərazisində də olacaq.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 28 fevral 2023-cü il tarixində gün ərzində Binəqədi rayonunun bir hissəsinə (Biləcəri qəsəbəsi Yeni yaşayış massivi və Məlikaslanov küçəsinin bir hissəsinə, Rəsulzadə qəsəbəsi A.Hüseynov küçəsi və dəmiryolu ətrafı ərazilərə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, suyun verilməsində məhdudiyyətlər həmçinin kənd Masazır ərazisində də olacaq.