HADİSƏ

Mingəçevir Dövlət Universitetinin tələbəsi dəm qazından zəhərlənərək ölüb

Polis və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Sputnik
BAKI, 27 fevral — Sputnik. Mingəçevir Dövlət Universitetinin tələbəsi dəm qazından zəhərlənərək ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, bu gün saat 12 radələrində Mingəçevir şəhəri Sahil küçəsində yerləşən mənzilin vanna otağında 2003-cü il təvəllüdlü Qazax rayonunun İkinci Şıxlı kənd sakini Vüsal Hüseynovun meyiti aşkarlanıb.
Onun dəm qazından öldüyü ehtimal olunur. V.Hüseynov Mingəçevir Dövlət Universitetinin tələbəsidir və həmin mənzildə kirayədə qalırmış.
Polis və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı araşdırma aparılır.