CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP dumanlı hava ilə bağlı sürücülərə müraciət edib

Dumanlı hava şəraiti ilə əlaqədar paytaxtın bəzi yollarında sürət həddi 20 km/saat endirilib. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli sürücüləri sürət həddinə diqqət etmələrini xahiş edib.
Sputnik
BAKI, 27 fevral — Sputnik. Dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti, Aeroport şosesi, Mərdəkan şosesi, Buzovna-Zaqulba yolu və Zığ şosesində sürət həddi 20 km/saat endirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli sürücüləri sürət həddinə diqqət etmələrini xahiş edib. Onun sözlərinə görə, dumanlı havada görmə məsafəsi aşağı düşür:
""Yol hərəkəti haqqında" Qanunun 50-ci maddəsində meteoroloji vəziyyət dəyişdikdə sürücülərin nələrə diqqət yetirməli olduqları məhz bu məsələdə xüsusi olaraq göstərilib. Sürücülərdən yollarda piyadalara qarşı diqqətli olmağı və duman əleyhinə olan işıqlardan təyinatı üzrə istifadə etməyi xahiş edirik!"