Bu hava şəraitində görmə məsafəsinin məhdudlaşması ilə əlaqədar Bakının Heydər Əliyev prospekti, Hava Limanı, Mərdəkan və Zığ avtomobil şossesində, həmçinin Buzovna-Zaqulba yolunda sürət həddi 20 km/saata endirilib.
Azərbaycan Yol Polisi sürücülərə xəbərdarlıq edib ki, Sabirabad, Salyan, Neftçala və Biləsuvar rayonlarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq yollarda görmə məsafəsi məhdudlaşdığından avtomobillərin idarə olunmasında problemlər yaranıb.
Sinoptiklər dumanlı hava şəraitinin Bakıda və Abşeronda martın 1-i axşama kimi davam edəcəyini proqnozlaşdırırlar.