RUSİYA

Qərbin yeni sanksiyaları Rusiyanı şoka salmadı, amma rahatlanmaq hələ tezdir - Ekspert

Bir gün əvvəl Avropa İttifaqı Şurası, Rusiyaya qarşı yeni, onuncu sanksiyalar paketi çərçivəsində RF ərazisindən ikili təyinatlı malların tranzitini qadağan edib. Səbəb Avropa sanksiyalarından yayınma hallarının ola biləcəyidir.
Sputnik
BAKI, 26 fevral - Sputnik. Rusiyaya qarşı yeni sanksiyalar paketi şok yaratmadı, ancaq ölkənin rahatlanması üçün çox tez olduğunu və Qərb ölkələrindən asılı olmayan hesablaşma sistemlərinin axtarışının və idxal əvəzləmə işlərinin davam etdirilməsinin lazım olduğunu göstərdi. Bunu RİA Novosti-yə müsahibəsində Rusiya Beynəlxalq Məsələlər üzrə Şurasının (RBMŞ) proqram direktoru İvan Timofeyev deyib.
Şənbə günü, Avropa Birliyi Şurası, Rusiyaya qarşı yeni, onuncu sanksiyalar paketi çərçivəsində RF ərazisindən ikili təyinatlı malların tranzitini qadağan edib. Səbəb Avropa sanksiyalarından yayınma hallarının ola biləcəyidir. Bundan əlavə, Rusiyanın əvvəllər məhdudiyyətlər nəzərdə tutulmayan banklarına qarşı da sanksiyalar tətbiq olunub.

"Deyə bilmərəm ki, bu, keçən illə müqayisədə şokedici bir şeydir, lakin olduqca geniş miqyaslıdır. Bəziləri rahatlanaraq yeni bir reallıqda yaşamağı öyrəndiyimizi düşünürdülər - açıq-aydın xeyr, belə deyil. Qarşıda iki əsas vəzifə var: müstəqil bir hesablama sistemi və idxalın əvəzlənməsi və ya alternativ təchizatçıların axtarışı, qərbdən asılılığından aradan qalxması", - deyə Timofeyev bildirib.

Ekspertin sözlərinə görə, sanksiyalar əvvəllər onların altına düşməyən bəzi Rusiya banklarına da toxunub:
"Bu o deməkdir ki, bundan əvvəllər onların altına düşən və ixracatçıları üçün beynəlxalq əməliyyatlarda dollar və avro ilə əməliyyatlar istifadə imkanları azalır, ümumiyyətlə, dünyaya maliyyə pəncərəsi daralır.

"Məişət elektronikasına sanksiyaları qeyd etmək vacibdir: əgər əvvəllər paralel idxal optimal həll idisə, çünki bu, fərdi şirkətlərin boykotu idi, sanksiyalar isə yox idi, hazırda xarici tərəfdaşlarımızın paralel idxalda iştirak etməsi onların özləri üçün də risklidir. ABŞ-la bağlı hallarda isə bu hal artıq cinayət məsuliyyəti də yarada bilər", - deyə ekspert əlavə edib.

Timofeyev hesab edir ki, jurnalistlərə qarşı məhdudiyyətlər iqtisadiyyata təsir etməyəcək.
Onun sözlərinə görə, bu, gözlənilən olsa da, siyasi addımdır
"Yeni sanksiyalar bir növ soyuq duş oldu və hesablaşma sisteminə və idxalın əvəzlənməsi istiqamətində işləri davam etdirilməsinin lazımlılığını göstərdi", - deyə ekspert fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.