BAKI, 26 fevral - Sputnik. Rusiyanın Novqorod vilayətində, M-11 federal magistral yolunda ən azı 41 avtomobil, o cümlədən yeddi yük maşınının toqquşmasına səbəb olan kütləvi qəza baş verib. Rusiya mediasının yaydığı xəbərə görə, hadisə M-11 magistralının 502-ci km-də baş verib.
Əvvəlcə iki yük avtomobili toqquşub, bundan sonra Reno-Duster avtomobili onlara və digər avtomobillərə dəyib.
Qəza nəticəsində yük maşınlarından birinin daşıdığı bitum dağılıb.
Qəzada, Renault Duster avtomobilinin qadın sürücüsü həlak olub. Hadisə nəticəsində ümumilikdə 14 nəfər yaralanıb. Bunlardan dördü uşaq olmala beş nəfəri müxtəlif xsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qəza nəticəsində M-11 pullu magistral yolunda yük maşınlarından ibarət 4 kilometr məsafədə uzanan bir tıxac meydana gəlib. Qəzaya pis hava şəraitinin səbəb olduğu göstərilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.