BAKI, 26 fevral — Sputnik. NATO ölkələri, dolayısı ilə də olsa, Kiyev rejiminin cinayətlərinə şərikdirlər, Novorossiya və Donetskin yaşayış məntəqələrini atəşə tuturlar. Bunu Rusiya prezidenti Vladimir Putin "Moskva. Kreml. Putin" proqramı üçün müsahibəsində jurnalist Pavel Zarubinə bildirib.
"Bugünkü şəraitdə, bütün aparıcı NATO ölkələri xalqımızın əziyyət çəkməsi üçün bizə strateji məğlubiyyət yaşatmağın əsas məqsədləri bəyan edirlər.Yaxşı, bu şəraitdə onların nüvə potensialını necə nəzərə almayaq? Üstəlik, onlar Ukraynaya on milyardlarla dollar dəyərində silah verirlər”, - Putin deyib.
O qeyd edib ki, bu, alyansın münaqişədə iştirakıdır, çünki silahlar Ukrayna tərəfinə pulsuz verilir.
“Bu silahların ötürülməsi birtərəflidir, bu o deməkdir ki, ən azı dolayısı ilə Kiyev rejiminin törətdiyi cinayətlərə, o cümlədən Novorossiya və Donetskin yaşayış məntəqələrini atəşə tutmağa şərikdirlər”, - Rusiya prezidenti bildirib
Onun sözlərinə görə, Rusiya Federasiyasının mövqeyi məhz bu məqamla bağlıdır. “Bu, kifayət qədər başa düşülən və məntiqlidir”, - Putin qeyd edib.
Fevralın 21-də Putin Federal Məclisə müraciət edib. Dövlət başçısı çıxışı zamanı Rusiyanın START müqaviləsində iştirakını dayandırdığını bəyan edib. Həmin gün NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın qərarından alyans adından təəssüfləndiyini bildirib və buna yenidən baxılmasını istəyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.